Autizimli uşaqlar haqqında

Autizimli uşaqlar haqqında

Autizmli uşaqların əlamətləri haqqında  məlumat verək. Bir autizmin əlamətləri nədən ibarətdir:  ünsiyyət qurmağa meyilli olmurlar, səbəbsiz davranışlara malik olurlar yəni ağlayırlar, gülürlər, hər hansi əşyanı mütəmadi olaraq çevirməyi xoşlayırlar. Bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar,adlarına qarşı reaksiyası olmurlar, deyilən sözləri təkrarlayırlar, fırlanan əşyalara maraq göstərirlər, dəyişkənliyi sevmirlər.

Bir autizmli uşağın valideyni olsaydıq nə edərdik:

  1. Pozitiv düşünməliyik, stress və depressiyadan uzaq olmalıyıq
  2. Uşağı cəmiyyətdən gizlətməyək
  3. Uşağı olduğu kimi qəbul edək
  4. Mütəxəssislərin evə verdiyi tapşırıqları təkrarlayaq
  5. Uşağımızı ərköyün yox, bu diaqnozun simptomu kimi qəbul edək.Deyə bilərsiz ki, niyə ərköyün…Biz  bir autizm olan uşaqdan doğru hərəkətlərə əməl etməsini gözləyə bilmərik.Autizmli uşaq təhlükə hiss etmədiyinə görə doğru hərəkətləri etməməyi normaldır,təhlükə olan yerdə saatlarla qala bilər.
  6. Autizmin digər forması olan Asperger sindromlu uşaqların bacarıqlı olurlar. Oların o qabiliyyətlərini ortaya çıxartmaq üçün düzgün yönləndirməliyik.
  7. Gün ərzində ən azı iki saat uşağı cəmiyyət içinə aparaq
  8. Terapiya zamanı valideyinləri düşündürən suallardan biri:  “Nə vaxt bitəcək?”. Zamanın uzanması uşağın vəziyyəti ilə bağlıdır. Uşaq nə qədər yüngül vəziyyətdə olarsa, o qədər  tez bitmək ehtimalı böyük olar.