Uşaq hüquqları

İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur.
Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs 1924 ildə Mİllətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959 ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.

Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989 il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1992 ildə ratifikasiya etmişdir.

Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.

Konvensiyada hüquqlar müəyyənəlamətlətə görə qruplaşdırılmamışdır. Lakin şərti olaraq onları 4 qrupa bölmək olar:

- I qrup: yaşamaq hüququ. _ Bu qrup uşaqların yaşamaq hüququnu və bunun üçün zəruri olan tələbatları əhatə edir. Buraya müvafiq həyat standartları sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir.
- II qrup: inkişaf hüququ._ Bu qrup özünün ən yüksək inkişaf potensialına malik olmaq üçün uşaqların ehtiyacı olduğu şeylərdən ibarətdir. Buraya təhsil hüququ, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, habelə söz, vicdan və dini əqidə azadlığı.
- III qrup: müdafiə hüququ._ Uşağın pis rəftardam, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Bu qrupa qaçqın və məcburi köçkün uşaqlara xüsusi qayğı göstərilməsi, onların silahlı münaqişələrə cəlb edilməsi, narkotik maddələrdən istifadə, uşaq əməyi kimi məsələlər daxildir.
- IV qrup: İştirak hüququ._ Fikri sərbəst ifadə etmə, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar keçirmə. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri, çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır.

Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “ Uşaq hüquqları haqqında” qanun qəbul olunmuşdur.

Son yazılar

Uşaqlarınıza paylaşmağı sevdirin

Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq.

Atası olmayan uşaqlar psixologiyası

Atasız böyümək iki fərqli şəkildə təyin oluna bilər; bunlardan birincisi fiziki olaraq atasız böyüməkdir, yəni

Uşaqlar niyə yalan danışır?

Yalan və gerçəyi ayıra bilmədikləri üçün doğru olmayan şeyləri söyləmək, 3-7 yaş arası uşaqlarda, xüsusilə