Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən…
Atasız böyümək iki fərqli şəkildə təyin oluna bilər; bunlardan birincisi fiziki olaraq atasız böyüməkdir, yəni atası vəfat edən uşağın yaşadığı vəziyyətdir, digər vəziyyət isə ana ata ayrılığı nəticəsində uşağın atasız böyüməsidir. Atasız böyüyən uşaq psixologiyası deyildikdə ağla ilk gələn fiziki…
Yalan və gerçəyi ayıra bilmədikləri üçün doğru olmayan şeyləri söyləmək, 3-7 yaş arası uşaqlarda, xüsusilə oyun fəaliyyətində rast gəlinir. Təxminən 11 yaşından sonra doğru ilə yanlışı böyüklər kimi ayırd etməyə başlayır.
Bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar,adlarına qarşı reaksiyası olmurlar, deyilən sözləri təkrarlayırlar, fırlanan əşyalara maraq göstərirlər, dəyişkənliyi sevmirlər.
Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan tək başına harasa getmək, hər hansı bir işi görmək istəmirlər.
Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var.